17 yaşlılardan ibarət milli komanda məğlub oldu

Bu gün Azərbaycan U-17 yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.
90plus.az xəbər verir ki, yığmamız İsrailin U-17 komandası ilə qarşılaşmaya çıxıb.
Fransanın Sen-Pol-le-Daks şəhərində yerləşən "Park de Sport" stadionunda baş tutan oyunda komandamız 1:5 hesabı ilə məğlubiyyətə uğrayıb.
Millimizin təsəlli qolunu qarşılaşmanın ilk hissəsinin əlavə vaxtında — 45+1-ci dəqiqədə Samir Şərifov vurub.
Qrupun digər qarşılaşmasında Rumıniya və Fransa milliləri üz-üzə gələcək.
Xatırlatma: Yığmamız ilk oyununda Fransa komandasına 0:8 hesabı ilə məğlub olmuşdu.
© Copyright 2025, All Rights Reserved