18 yaşlı italiyalı rəsmən “Liverpul”da

“Liverpul” İtaliyanın "Parma" klubundan Covanni Leonini transfer etdi.
90plus.az xəbər verir ki, “Liverpul” 18 yaşlı müdafiəçi Covanni Leonini İtaliyanın “Parma” klubundan 26 milyon funt sterlinq (+ bonuslar) - 35 milyon avro müqabilində transfer edib.
Leoni: “Bu, dünyanın ən yaxşı klublarından biridir! Bu kluba ‘yox’ demək mümkün deyil”.
Komandanın baş məşqçisi Arne Slot bu həftənin əvvəlində razılaşmanın əldə olunduğunu təsdiqləmişdi. İtaliya U-19 millisinin mərkəz müdafiəçisi ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
Leoni peşəkar karyerasına “Padova”da başlayıb, daha sonra qısa müddət “Sampdoriya”da çıxış edib və ötən yay “Parma”ya qoşulub.
O, ötən mövsüm A Seriyasında 17 oyun keçirərək hər iki Milan klubunun marağına səbəb olub, lakin karyerasını xaricdə davam etdirməyi seçib.
© Copyright 2025, All Rights Reserved