Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçi namizədləri

İngiltərə Premier Liqasında 2024-2025 mövsümünün ən yaxşı baş məşqçi mükafatı üçün namizədlər açıqlanıb.
90plus.az xəbər verir ki, "Volverhempton Vonderers" komandasının baş məşqçisi Vitor Pereira də bu nüfuzlu mükafata layiq görüləcək namizədlər arasında yer alıb.
Premier Liqanın rəsmi saytında verilən açıqlamaya görə, "Brentford"dan Thomas Frank, "Nyukasl Yunayted"dan Eddie Hove, "Notingem Forest"dən Nuno Espirito Santo, "Volverhempton Vonderers"-dan Vitor Pereira və 2024-cü ilin çempionu "Liverpul"dan Arne Slot ən yaxşı baş məşqçisi mükafatı üçün mübarizə aparan digər namizədlərdir.
Bu ilki səsvermə 19 may tarixinə qədər davam edəcək. Keçən mövsüm isə bu mükafatı "Mansetser Siti"nin baş məşqçisi Pep Qvardiola qazanmışdı.
© Copyright 2025, All Rights Reserved