Dünya Çempionatına Amerika qitəsinə gedənlər -SİYAHI
Dünya futbolunun ən nüfuzlu turniri olan FIFA Dünya Çempionatı 2026 üçün iştirak edəcək bütün milli komandalar artıq bəllidir.
90plus.az xəbər verir ki, turnir 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. 11 iyunda start götürəcək mundial 19 iyul tarixində başa çatacaq. Tarixdə ilk dəfə olaraq yarışda 48 milli komanda iştirak edəcək.
2026 Dünya Çempionatında Asiyanı aşağıdakı komandalar təmsil edəcək:
Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan və İraq.
Afrika qitəsindən isə bu komandalar mundialda yer alacaq:
Əlcəzair, Kabo-Verde, Misir, Qana, Fil Dişi Sahili, Mərakeş, Seneqal, Cənubi Afrika, Tunis və Konqo Demokratik Respublikası.
Bu zonadan turnirə vəsiqə qazanan komandalar:
Kanada, Kurasao, Haiti, Meksika, Panama və ABŞ.
Cənubi Amerikanı mundialda bu yığmalar təmsil edəcək:
Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay və Uruqvay.
Bu qitədən yalnız bir komanda iştirak edəcək:
Yeni Zelandiya.
Avropadan isə aşağıdakı millilər Dünya Çempionatında mübarizə aparacaq:
Türkiyə, Avstriya, Belçika, Xorvatiya, İngiltərə, Fransa, Almaniya, Niderland, Norveç, Portuqaliya, Şotlandiya, İspaniya, İsveçrə, İsveç, Çexiya və Bosniya və Herseqovina.
Qeyd: Genişləndirilmiş format sayəsində turnirin rəqabət səviyyəsinin daha da artacağı gözlənilir. Futbolsevərlər tarixdə ilk dəfə bu qədər çox komandanın iştirak edəcəyi mundialı izləmək imkanı əldə edəcəklər.
© Copyright 2026, All Rights Reserved