2026 Dünya Çempionatının biletləri satışa çıxarıldı - Necə almaq olar?
2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi FIFA Dünya Çempionatının bilet satışı rəsmi olaraq start götürüb.
90plus.az xəbər verir ki, 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək mötəbər turnirin biletlərinin satış prosesi artıq başlayıb.
Bildirilir ki, Dünya Çempionatının bütün bilet əməliyyatları yalnız FIFA-nın rəsmi internet saytı vasitəsilə həyata keçirilir. Bilet əldə etmək istəyən azarkeşlər ilk olaraq saytda FIFA ID yaratmalı və şəxsi hesablarına daxil olmalıdırlar.
Daha sonra istədikləri oyunu və oturacaq yerini seçərək ödənişi tamamlamalıdırlar. Ödəniş təsdiqləndikdən sonra istifadəçilərə təsdiq e-poçtu göndəriləcək. Biletlərə isə seçilmiş oyunlardan təxminən bir ay əvvəl giriş imkanı veriləcək.
© Copyright 2026, All Rights Reserved