2026 Qış Olimpiya Oyunları: 15-ci gündə 12 medal dəsti sahibini tapacaq
İtaliyanın ev sahibliyi etdiyi 2026 Qış Olimpiya Oyunlarında həyəcan davam edir. Oyunların 15-ci günündə 8 idman növü üzrə ümumilikdə 12 medal dəsti uğrunda mübarizə aparılacaq.
90plus.az xəbər verir ki, sabah biatlon, bobsley, xizəkli qaçış, kerlinq, sərbəst üsul xizək, buz xokkeyi, dağ xizəyi və sürət konkisi yarışlarında qaliblər müəyyənləşəcək.
Biatlon – qadınlar 12,5 km kütləvi start
Bobsley – qadınlar arasında iki nəfərlik ekipaj
Xizəkli qaçış – kişilər 50 km kütləvi start (klassik üsul)
Kerlinq – kişilər final, qadınlar üçüncülük oyunu
Sərbəst üsul xizək – qarışıq komanda (aerials), kişilər ski kros, qadınlar halfpayp
Buz xokkeyi – kişilər üçüncülük oyunu
Dağ xizəyi – qarışıq estafet
Sürət konkisi – kişilər və qadınlar kütləvi start
14:00 – Xizəkli qaçış, kişilər 50 km kütləvi start (Tesero Xizəkli Qaçış Stadionu)
14:45 – Sərbəst üsul xizək, qarışıq komanda aerials (Livinyo Qar Parkı)
16:15 – Sərbəst üsul xizək, kişilər ski kros (Livinyo Qar Parkı)
16:30 – Dağ xizəyi, qarışıq estafet (Stelvio Xizək Mərkəzi)
17:05 – Kerlinq, qadınlar üçüncülük oyunu (Kortina Kerlinq Olimpiya Stadionu)
17:15 – Biatlon, qadınlar 12,5 km kütləvi start (Anterselva Biatlon Arenası)
19:40 – Sürət konkisi, kişilər kütləvi start (Milan Sürət Konkisi Stadionu)
20:15 – Sürət konkisi, qadınlar kütləvi start (Milan Sürət Konkisi Stadionu)
22:05 – Kerlinq, kişilər final (Kortina Kerlinq Olimpiya Stadionu)
23:28 – Sərbəst üsul xizək, qadınlar halfpayp (Livinyo Qar Parkı)
23:40 – Buz xokkeyi, kişilər üçüncülük oyunu (Milan Santaculia Arenası)
00:05 – Bobsley, qadınlar iki nəfərlik ekipaj (Kortina Xizək Mərkəzi)
Beləliklə, Olimpiadada daha bir həyəcanlı gün idmansevərləri gözləyir. Medal sıralamasında dəyişikliklərin olub-olmayacağı isə sabahkı yarışlardan sonra bəlli olacaq.