2027 UEFA Çempionlar Liqasının finalı Madriddə keçiriləcək

UEFA 2027-ci il UEFA Çempionlar Liqasının final qarşılaşmasının İspaniyanın paytaxtı Madriddə yerləşən “Metropolitano” stadionunda keçiriləcəyini açıqlayıb.
90plus.az xəbər verir ki, qurumun rəsmi açıqlamasında bildirilib: “UEFA İcraiyyə Komitəsi 2027 UEFA Çempionlar Liqası final oyununa ev sahibliyi edəcək stadion kimi Madrid şəhərində yerləşən “Metropolitano” stadionunu təsdiqlədi.”
Qeyd: 2026-cı ilin final oyunu isə 30 may tarixində Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puškaş Arena” stadionunda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved