21 yaşlı “Arsenal” yetirməsi vəfat etdi

Faciə: 21 yaşlı "Arsenal" yetirməsi dünyasını dəyişdi.
90plus.az xəbər verir ki, “Arsenal”ın gənclər komandasında çıxış etmiş hücumçu Billi Viqar cəmi 21 yaşında vəfat edib. Gənc futbolçu “Chichester City” klubunun heyətində oynayarkən ağır beyin travması almışdı (talkSPORT).
Hadisə ötən şənbə günü baş verib. Məlumata görə, Viqar topu meydanda saxlamağa çalışarkən sürüşüb və başı beton divara çırpılıb. O, dərhal süni koma vəziyyətinə salınıb. Daha sonra əməliyyat olunsa da, xəsarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
“Chichester City” klubunun açıqlamasında bildirilib:
“Dərin kədər hissi ilə Billi Viqarın vəfat etdiyini təsdiqləyirik.”
Viqar 2023-cü ilə qədər “Arsenal” U-21 komandasının üzvü olub. Bu yay isə “Hastings”dən “Chichester City”yə transfer edilmişdi.
Futbolçunun ailəsi də bəyanat yayıb:
“Billi ötən şənbə günü ciddi beyin travması aldı və süni koma vəziyyətinə salındı. Çərşənbə axşamı əməliyyat keçirildi, amma zədələr çox ağır idi. Billi sevdiyi idmanı oynayarkən həyatını itirdi. Ailə olaraq böyük bir faciə yaşayırıq.”
© Copyright 2025, All Rights Reserved