4 oyuna 0 xal, müqavilə uzadıldı

“Vulverhempton” Vitor Pereyra ilə müqaviləsini uzatdı.
90plus.az xəbər verir ki, “Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə əməkdaşlığı davam etdirəcək. Premyer Liqa klubu portuqaliyalı mütəxəssislə müqaviləni 3 il müddətinə yeniləyib.
Pereyra komandaya 2024-cü ilin dekabrında rəhbər təyin olunmuşdu. Onun rəhbərliyi altında ötən mövsüm “Vulverhempton” turnir cədvəlində 19-cu pillədən 16-cı yerə yüksəlmişdi. Uğurlu çıxışına görə təcrübəli mütəxəssis mövsümün ən yaxşı məşqçisi mükafatına da namizəd göstərilmişdi.
Cari mövsümə uğursuz başlayan klub ilk 4 turda “Mançester Siti” (0:4), “Bornmut” (0:1), “Everton” (2:3) və “Nyukasl”a (0:1) məğlub olaraq xal toplaya bilməyib və hazırda turnir cədvəlində sonuncu yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved