A Seriyası: “Yuventus” öz meydanında uduzdu
İtaliya A Seriyasının 26-cı turunda “Yuventus” öz meydanında “Komo”nu qəbul edib.
90plus.az xəbər verir ki, Turində yerləşən Allianz Stadiumda keçirilən qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Komo”ya qələbə qazandıran qolları Mergim Voyvoda və Maksens Kokere vurublar.
Bu nəticədən sonra “Yuventus” çempionatda son 6 oyunda 3-cü məğlubiyyətini alıb və 46 xalla yerində qalıb. “Komo” isə xalını 45-ə yüksəldərək turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb.
Beləliklə, Turin təmsilçisi çempionluq yarışında növbəti vacib xal itkisi ilə üzləşib.
© Copyright 2026, All Rights Reserved