A Seriyasında baş məşqçi təyinatı
İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.
90plus.az xəbər verir ki, A Seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssislə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Onun son iş yeri "Leççe" olub.
Qeyd: "Kremoneze" İtaliya A Seriyasında 29 turdan sonra 24 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved