Aaron Remsi karyerasını başa vurdu
Uelsli futbolçu Aaron Remsi karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remsi 35 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarın onun üçün asan olmadığını bildirib: “Uzun müddət düşündükdən sonra futbolu buraxmağa qərar verdim”.
Karyerasına "Kardiff Siti"də başlayan Remsi daha sonra "Arsenal", "Nottingem Forest", "Yuventus", "Reyncers", "Nitsa" və Meksika təmsilçisi "UNAM Pumas"ın formasını geyinib.
Qeyd: Aaron Remsi "Yuventus"la 2019/2020 mövsümündə İtaliya A Seriyasının qalibi olub.
© Copyright 2026, All Rights Reserved