Abdullah Zubir: "Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik"

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda sabah Macarıstanda "Ferentsvaroş"la qarşılaşacaq.
90plus.az xəbər verir ki, Azərbaycan çempionunun kapitanı Abdullah Zubir görüşdən əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:
"Burada olmaq xoş hissdir. "Ferentsvaroş" çox güclü və iddialı komandadır. Artıq bu rəqibi yaxşı tanıyırıq, onlara qarşı oynamışıq. Həftə ərzində matça ciddi hazırlaşdıq. Ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq".
Xatırlatma: “Ferentsvaroş” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved