Abrokubok, püşkatmalar: Rəqiblərimiz bilinəcək
Bu gün Azərbaycan klublarının avrokuboklardakı rəqibləri müəyyənləşəcək.
90plus.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında avrokubokların yeni mövsümü üçün püşkatma mərasimləri keçiriləcək. Püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin beynəlxalq arenadakı ilk rəqibləri müəyyənləşəcək.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Turnirdə ölkəmizi təmsil edəcək “Sabah”ın mümkün rəqibləri arasında İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın KuPS, Cəbəllütariqin “Linkoln Red İmps”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larn” və Uelsin TNS klubları yer alır.
Saat 19:00-da keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında isə “Qarabağ” öz rəqibini tanıyacaq. Ağdam təmsilçisinin mümkün rəqibləri Slovakiyanın “Jilina”, Serbiyanın “Voyvodina”, Rumıniyanın “Universitatya Kluj”, Sloveniyanın “Alüminiy”, İrlandiyanın “Derri Siti” və İslandiyanın “Vestri” klublarıdır.
UEFA Konfrans Liqasının püşkatması isə saat 20:00-da başlayacaq. Bu turnirdə çıxış edəcək “Zirə”nin mümkün rəqibləri Gürcüstanın “Torpedo”, Bosniya və Herseqovinanın “Velej”, Qazaxıstanın “Yelimay”, Albaniyanın “Elbasani” və Monteneqronun “Petrovats” komandalarıdır.
Qeyd: “Neftçi”nin avrokuboklardakı rəqibi iyunun 17-də keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved