Acun Ilıcalı Ronaldinyonun oğlunu aldı

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun oğlu Joau Mendiş “Hall Siti” ilə bir illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Çempionşipdə çıxış edən klub bu barədə cümə axşamı açıqlama yayıb.
20 yaşlı futbolçu karyerasına “Barselona”nın gənclər akademiyasında başlayıb, 2024-cü ildə isə “Börnli”yə keçmişdi. O, əsasən U-21 komandasında çıxış etsə də, bu ilin əvvəlində klubdan ayrılmışdı. Yeni müqavilədə əlavə bir illik uzatma opsionu da yer alır.
Mendiş açıqlamasında deyib:
“Fərqli futbol üslublarında oynamaq yaxşıdır. Braziliyada bir üslub var, İspaniyada başqa, İngiltərədə isə tamam başqa. Bu müxtəliflik oyununu daha da inkişaf etdirir”.
Dünya çempionu (2002) və “Qızıl top” mükafatı sahibi (2005) Ronaldinyo isə “Instagram” hesabında oğlunun “Hall Siti” formasını tutduğu şəkli paylaşaraq belə yazıb:
“Yeni klubunda və yeni mübarizəndə uğurlar, oğlum”.
© Copyright 2025, All Rights Reserved