Acun İlıcalı: “Son anda qol buraxsaq, dözə bilməzdim”
“Hall Siti”nin sahibi Acun Ilıcalı 23 may 2026-cı ildə komandası “Midlzbro”nu Çempionşip pley-off finalında 1:0 hesabı ilə məğlub edib Premyer Liqaya yüksəldikdən sonra bunu “həyatının ən yaxşı günü” adlandırıb.
90plus.az xəbər verir ki, matçdan sonra danışan İlıcalı bildirib ki, futbol onun karyerasındakı digər uğurlardan tamamilə fərqli hisslər yaşadır:
“Bu, şübhəsiz ki, həyatımın ən yaxşı günüdür. Çünki karyeram boyunca biznesdə sıfırdan başlayaraq çox uğurlar qazandım. Amma futbol tamam başqa bir şeydir. Futboldakı sevinc, qolun vurulması, qələbə qazanmaq – bunların psixologiyası tam fərqlidir.”
Türkiyəli iş adamı oyunun son dəqiqələrinin onun üçün çox gərgin keçdiyini də etiraf edib. O bildirib ki, komandasının Premyer Liqaya yüksəlməyə yaxın olduğu anlarda həyəcan səbəbindən yerində belə dura bilməyib.
“Çox uzun müddət gözlədik. Son beş dəqiqədə tərpənə bilmirdim, çünki son anda qol buraxsaq buna dözə bilməzdim.”
İlıcalı qələbənin onun üçün çox şəxsi və emosional məna daşıdığını vurğulayıb. O, “Uembli” stadionundakı sevinc anlarını ailəsi ilə birlikdə yaşadığını deyib:
“Bu, həyatımın videosudur. Bu mənim ailəmdir — qızlarım, qardaşım, həyat yoldaşım.”
© Copyright 2026, All Rights Reserved