Acun İlıcalının komandası son dəqiqədə qələbə qazandı

İngiltərə Çempionşipinin 2-ci turu çərçivəsində “Hall Siti” öz meydanında “Oksford Yunayted” klubunu 3:2 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, oyuna sürətli başlayan ev sahibləri 2-ci dəqiqədə Co Gelhardtın qolu ilə hesabı açıb. Qonaqlar isə 9-cu dəqiqədə Uill Lankşir ilə cavab verərək bərabərliyi təmin ediblər.
“Hall Siti” 20-ci dəqiqədə Metti Kruksun qolu ilə yenidən önə keçsə də, “Oksford Yunayted” 26-cı dəqiqədə Kemeron Brannaqanın dəqiq zərbəsi ilə bir daha tarazlıq yaradıb – 2:2.
Matçın son anlarında isə səhnəyə Olivye MakBurni çıxıb. Onun 90+4-cü dəqiqədə vurduğu qol ev sahibi “klub”a vacib 3 xalı qazandırıb.
Bu nəticədən sonra “Hall Siti” xallarını 4-ə yüksəldib. “Oksford Yunayted” isə ikinci matçında da meydanı xalsız tərk edib.
© Copyright 2025, All Rights Reserved