Adam Vorton 6 nəhəngin hədəfində

“Kristal Palas”ın istedadlı yarımmüdafiəçisi Adam Vortonun adı böyük klublarla hallanır.
90plus.az xəbər verir ki, "Kristal Palas”ın gənc futbolçusu Adam Vortona olan maraq günü-gündən artır. 20 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada nümayiş etdirdiyi performansla bir çox nəhəng klubun diqqət mərkəzinə düşüb.
Mail Sport xəbər verir ki, Vortonla maraqlanan klublar arasında “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Real Madrid” və “Mançester Yunayted” kimi nəhəng adlar yer alır.
Xüsusilə, “Mançester Yunayted” yarımmüdafiə xəttini gəncləşdirmək məqsədilə Vortonun transferini nəzərdən keçirir. Lakin “Kristal Palas”ın sahibi Stiv Pəriş bildirib ki, futbolçu hələlik komandasında tam fokuslanıb:
“Adam çox istedadlı oyunçudur. Məncə, o, bir gün ya bizimlə, ya da başqa klubla Çempionlar Liqasında oynamaq istəyəcək. Amma hazırda bütün diqqəti “Kristal Palas”dadır. O, keçən mövsüm zədə səbəbindən bir müddət oynamadı, indi isə müntəzəm çıxış etməyə və İngiltərə millisində yer almağa çalışır.”
Vortonun “Kristal Palas”la uzunmüddətli müqaviləsi olsa da, gələn yay onun uğrunda ciddi transfer yarışı gözlənilir.
© Copyright 2025, All Rights Reserved