Ademola Lukman və “Atalanta” arasında gərginlik var

Ademola Lukman “Atalanta”dan ayrılmaqda israrlıdır – klub 45 milyonluq təklifi rədd edib.
90plus.az xəbər verir ki, Ademola Lukman “Atalanta”nın məşq düşərgəsinə qatılmaqdan imtina edib. Futbolçu klubdan ayrılmaq istəyində qəti mövqe nümayiş etdirir.
Bu barədə italiyalı jurnalist Fabrisio Biazin məlumat yayıb. Bildirilir ki, nigeriyalı futbolçu “Atalanta”dan ayrılmaq üçün bir il öncə rəhbərliklə razılaşma əldə edib. Klubun icraçı direktoru Luka Perkassi məsələ ilə bağlı bunları deyib:
“Bir il əvvəl PSJ-dən 20 milyon avroluq təklif gəlmişdi və Lukman bizdən transferinə icazə verilməsini istəmişdi. “Atalanta” etibarlı klub olaraq futbolçunun iki şərtini nəzərə alaraq, bu yay pəncərəsində onun transferinə razılaşa biləcəyini bildirmişdi: birincisi, yalnız Avropanın ən güclü klublarından birinə keçmək; ikincisi isə İtaliyada “Atalanta”dan başqa heç bir klubun formasını geyinməmək.”Pekassi həmçinin əlavə edib: “Bu gün vəziyyət xeyli fərqlidir. Amma unutmaq olmaz ki, futbolçuların satışına nə vaxt və hansı qiymətə qərar verəcəyini həmişə “Atalanta” özü müəyyənləşdirir.”
Qeyd: "Atalanta” keçən həftə Lukman üçün təklif olunan 42 milyon avro + 3 milyon avro bonuslu paketi rədd edib. Klub futbolçunu bu məbləğə buraxmaq niyyətində deyil.
Hazırda “İnter”dən yeni təklif yoxdur. Belə görünür ki, Lukmanın gələcəyi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək.
© Copyright 2025, All Rights Reserved