Ademola Lukmanın “Atletiko” təəssüratları
Ademola Lukman “Atletiko Madrid”də rəsmi təqdim olundu.
90plus.az xəbər verir ki, nigeriyalı hücumçu Ademola Lukman çərşənbə axşamı günortadan sonra, komanda ilə keçirdiyi səhər məşqindən sonra “Atletiko Madrid”in futbolçusu kimi rəsmi təqdim olunub.
Lukman təqdimat zamanı 22 nömrəli forma ilə fotosessiyada iştirak edib və mediaya açıqlamalar verib.
“Çox xoşbəxtəm, həqiqətən. Bu, nəhəng klubdur, mənim üçün böyük bir nemətdir və inanılmaz dərəcədə qürur duyuram”, – deyə Lukman bildirib.
O, komanda ilə keçirdiyi ilk saatlardan da razı qaldığını vurğulayıb:
“Artıq komanda yoldaşlarımla birlikdə olmuşam, hər şey möhtəşəm keçdi. Məni çox yaxşı qarşıladılar və daha çox məşqi səbirsizliklə gözləyirəm.”
Lukman Nigeriya millisinin şərəfini qorumağın əhəmiyyətindən danışıb və La Liqada oynamaq üçün maliyyə baxımından güzəştə getməyə hazır olduğunu bildirib:
“Bu, fantastik hissdir. Böyük məsuliyyətdir, amma eyni zamanda bu rəngləri geyinmək böyük zövqdür”, – deyə o, “Super Qartallar” barədə qeyd edib.
Maddi itkilərlə bağlı suala isə belə cavab verib:
“Çox xoşbəxtəm. Elə buna görə də buraya gəldim. Bu liqada oynamaq da mənim üçün böyük zövqdür.”
Hücumçu transferdən əvvəl Dieqo Simeone ilə danışdığını da açıqlayıb:
“Söhbətimiz çox yaxşı keçdi. Hər gün birlikdə işləyəcəyim məşqçi ilə münasibət qurmaq çox vacibdir.”
Sonda Lukman komandaya necə fayda verəcəyini də izah edib:
“Oyun tərzim çox dinamikdir, sürət üzərində qurulub. Kritik anlarda fərq yaratmağa çalışacağam. Mənim sevdiyim də budur. Ən vacibi isə komandaya kömək etməkdir.”
© Copyright 2026, All Rights Reserved