Ademola Lukmanın transferi rəsmən açıqlandı
Transfer dövrü ərzində adı tez-tez Türkiyə klubları ilə hallanan Ademola Lukman “Atletiko Madrid”in futbolçusu olub. İspaniya təmsilçisi nigeriyalı oyunçunun transferini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumatda 28 yaşlı futbolçu ilə 30 iyun 2030-cu il tarixinədək müqavilə imzalandığı bildirilib. Açıqlamada Lukmanın oyun keyfiyyətləri də xüsusi vurğulanıb:
“28 yaşlı, çoxşaxəli və dinamik sağayaqlı futbolçu həm ikinci hücumçu, həm də cinah oyunçusu kimi hər iki tərəfdə çıxış edə bilir. O, sürətindən və top saxlama bacarığından istər mərkəzə doğru hərəkətlərdə, istərsə də öz mövqeyində maksimum dərəcədə yararlanır”.
“Atletiko Madrid” bu transfer üçün “Atalanta”ya 35 milyon avro əsas məbləğ və əlavə olaraq 5 milyon avro bonus ödəyəcək. Ademola Lukmanın illik maaşı isə 6 milyon avro olacaq. Futbolçu Madrid klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Lukman mövsümün ilk yarısında ümumilikdə 19 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Karyerası ərzində “Çarlton”, “Everton”, “Leyptsiq”, “Fulhem”, “Lester Siti” və “Atalanta” formalarını geyinən nigeriyalı futbolçu 2023/24 mövsümündə “Atalanta” ilə UEFA Avropa Liqasının qalibi olub.
© Copyright 2026, All Rights Reserved