AFCON 2025: Seneqal yarımfinala yüksəldi
35-ci Afrika Millətlər Kubokunda (AFCON 2025) Seneqal yığması Mali seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının təşkilatçılığı və Mərakeşin ev sahibliyi ilə keçirilən turnirin 1/4 final mərhələsində baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Oyunun yeganə qolu 27-ci dəqiqədə İliman Ndiayedən gəlib. Mali yığmasında isə İv Bissuma 45+3-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub:
Beləcə, Seneqal Afrika Millətlər Kubokunun yarımfinalına yüksələn ilk komanda oldu:
Mali 0 - 1 Seneqal
İ. Ndiaye 27’
AFCON, 1/4 final
Seneqal yarımfinal mərhələsində Misir – Fil Dişi Sahili cütünün qalibi ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved