AFCON: Qorxulu anlar yaşandı
Patson Daka AFCON-da dramatik an yaşatdı.
90plus.az xəbər verir ki, zambiyalı 27 yaşlı hücumçu Patson Daka Afrika Millətlər Kubokunun A qrupunda keçirilən Zambiya – Mali oyununda diqqət mərkəzində olub. O, qarşılaşmanın sonlarında - 90+2-də komandasına xal qazandıran qolu vurduqdan sonra sevinci geri çevrilmə tullanışla ifadə etmək istəyərkən boynu üstə yıxılıb.
Daka bir neçə saniyə yerə uzansa da, tezliklə qalxaraq bu möhtəşəm anı qeyd edib. Oyun isə 1-1 hesabı ilə başa çatıb.
Beləliklə, AFCON yenidən həyəcanı ilə geri dönüb və turnirin tempini artırıb
© Copyright 2026, All Rights Reserved