AFCON: Ulduzlar ölkəsi Nigeriya yarımfinalda
35-ci Afrika Millətlər Kuboku (AFCON 2025) çərçivəsində Nigeriya millisi Əlcəzair üzərində qələbə qazanaraq adını yarımfinal mərhələsinə yazdırıb.
90plus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən Mərakeşin ev sahibliyi ilə təşkil olunan turnirin 1/4 final görüşündə Nigeriya və Əlcəzair komandaları üz-üzə gəlib:
Əlcəzair 0 - 2 Nigeriya
V. Osimhen 47’
A. Adams 57’
Afrika Millətlər Kuboku, 1/4 final
Viktor Osimhen Afrika Millətlər Kubokunun 1/4 finalında Əlcəzairə qarşı matçın taleyini həll etdi - 1 qol, 1 assist və Oyunun ən yaxşısı...
Osimhen: “Mən sadəcə öz işimi gördüm. Əsl tərif bütün komandaya düşür.”
Nigeriya yarımfinalda turnirin ev sahibi olan Mərakeş millisi ilə 14 yanvar, çərşənbə günü qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved