AFFA-dan "Kəpəz"ə 6500 manatlıq cərimə
AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
90plus.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyunu ilə bağlı belə bir qərar verilib:
20 mart 2026-cı ildə baş tutan bu qarşılaşmadan əvvəl və oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması qeydə alınıb. Bu hal cari mövsümdə artıq üçüncü dəfə təkrarlandığı üçün “Kəpəz” klubu 6500 manat məbləğində cərimələnib (maddə 86.3).
© Copyright 2026, All Rights Reserved