AFFA klublara cərimə yazdı
AFFA İntizam Komitəsi klubları cərimələdi.
90plus.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının oyunlarında baş verən hadisələrlə bağlı bir neçə kluba cəza tətbiq edib.
Qərara əsasən, “Sabah”ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalandırılıb. Buna səbəb onun davranış qaydalarını pozması olub. “Sabah” klubu isə 15 min manat məbləğində cərimə olunub.
Bundan başqa, “Qarabağ”ın məşqçiləri Zaur Tağızadə və Müşviq Hüseynov da 6 oyunluq cəza alıblar. Qərara görə, Ağdam təmsilçisi 12 min manat cərimələnib.
Həmçinin “Neftçi” klubu azarkeşlərinin tribunalarda təhqiredici pankart açmasına görə 15 min manat məbləğində cərimə olunub.
Qeyd: Qərarlar Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrə əsasən qəbul edilib.
© Copyright 2026, All Rights Reserved