AFFA “Neftçi”yə 5700 manat cərimə yazdı
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda keçirilən “Şamaxı” – “Neftçi” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
90plus.az xəbər verir ki, səfərdə 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra Bakı təmsilçisi cəzalandırılıb. Belə ki, “Neftçi”nin heyətində beş futbolçunun sarı vərəqə almasına görə klub 700 manat cərimə olunub.
Bundan əlavə, komandanın məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən mütəxəssis iki oyunluq cəza ilə üzləşib, klub isə əlavə olaraq 5000 manat cərimə ödəyəcək.
İntizam Komitəsi stadionda baş verən insidentlərlə bağlı da qərar verib. “Neftçi”nin texniki zonasının üst hissəsində, həmçinin komandanın azarkeşlərinin olduğu sektorda ümumilikdə 35 ədəd oturacağın sındırıldığı müəyyən edilib. Stadiona dəyən zərərin Bakı təmsilçisi tərəfindən qarşılanacağı bildirilib.
© Copyright 2026, All Rights Reserved