AFFA-nın baş katibi: “Santuş istefa verməsə, tədbir görəcəyik”

AFFA-dan sərt açıqlama: “Əgər Santuş istefa verməsə, biz tədbir görəcəyik”.
90plus.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev İslandiyaya qarşı keçirilən oyundan (0:5) sonra jurnalistlərə açıqlama verib. O, millinin baş məşqçisi Fernandu Santuşun nəticəyə görə məsuliyyət daşıdığını bildirib.
Fərəcullayevin sözlərinə görə, belə məğlubiyyət Azərbaycan futbolu və azarkeşləri üçün qəbuledilməzdir:
“Bu nəticə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Baş məşqçi komandanı oyuna hazırlaya bilməyib. Biz hesabatı gözləyirik. Əgər Santuş özü istefa qərarı verməsə, AFFA olaraq lazımi addımları atacağıq” (📰: Report).
Xatırlatma: Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub.
© Copyright 2025, All Rights Reserved