AFFA-nın funksioneri "Qalatasaray"ın oyununda
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
90plus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA Matç direktoru (UEFA Venue Director) funksiyasını yerinə yetirəcək.
Sözügedən oyun fevralın 17-də İstanbul şəhərində yerləşən Ali Sami Yen Stadionunda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved