AFFA onları milliləşdirir
AFFA milliləşdirmə istiqamətində daha bir addım atmağa hazırlaşır.
90plus.az xəbər verir ki, Azərbaycan millisində oynaya biləcək iki futbolçu ilə bağlı sənədləşdirmə prosesi start götürüb. Söhbət “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir və “Zirə”nin müdafiəçisi Ruan Renatodan gedir.
Milli komandanın baş məşqçisi Ayxan Abbasovun da bu təşəbbüsü dəstəklədiyi bildirilir. Proses müsbət nəticələnəcəyi halda, hər iki futbolçunu yaxın zamanda Azərbaycan millisinin heyətində görmək mümkün olacaq.
Bu addımın əsas məqsədi komandanın rəqabət qabiliyyətini artırmaq və heyətə daha çox keyfiyyət qatmaqdır.
© Copyright 2025, All Rights Reserved