AFFA prezidenti: "Santuşla 2028 hədəfimiz davam edir"

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin son zamanlar göstərdiyi zəif performansla bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, o, AFFA-nın Hesabat Konfransında çıxışı zamanı milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü və narazılığını ifadə etdiyini bildirib:
“Təəssüflər olsun ki, milli komandamız son oyunlarda istənilən nəticələri göstərmədi. Biz bu durumdan məmnun deyilik. Baş məşqçi Fernandu Santuşla apardığımız müzakirələrdə narahatlığımızı açıq şəkildə bildirdik. Məqsədimiz odur ki, komandamız qarşıdakı yoldaşlıq görüşlərində və rəsmi qarşılaşmalarda həm nəticə baxımından, həm də oyun baxımından daha yaxşı çıxış etsin. Avro-2028-in seçmə mərhələsində uğurlu iştirak hədəfimiz isə qüvvədə qalır”.
Rövşən Nəcəf AFFA-nın İnkişaf Strategiyası barədə də danışaraq deyib: "Əminəm ki, birlikdə çalışaraq qarşıya qoyduğumuz məqsədlərə çatacağıq. Azərbaycan futbolu yalnız uğurlara layiqdir. Misli Premyer Liqasında klub sayının artırılması da vacib bir addımdır. Bu da ölkədə futbolun daha da geniş yayılmasına səbəb olacaq".
© Copyright 2025, All Rights Reserved