AFFA rəsmisi: "Rusiya ilə oynamayacağıq"

Bu il üçün nəzərdə tutulan oyun cədvəlində Rusiya millisi ilə yoldaşlıq görüşü planlaşdırılmayıb.
90plus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Rusiya mediasına açıqlamasında danışıb.
O, Rusiya Futbol Federasiyasının rəhbəri Aleksandr Dyukovun Azərbaycan yığması ilə qarşılaşma istəyi barədə belə deyib: "Hazırda Azərbaycan millisi payızda start götürəcək dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Bildiyiniz kimi oyunlar sentyabr-noyabr aylarında keçiriləcək. 2026-cı ilin təqvimi isə hazırlıq mərhələsindədir. İlin sonunda bu barədə məlumat olacaq."
Qeyd: Sanksiyalara məruz qalan Rusiya Futbol Federasiyası UEFA-nın təşkil etdiyi bütün turnirlərdən kənarlaşdırılıb.
© Copyright 2025, All Rights Reserved