AFFA "Sabah"ın etirazını qəbul etmədi
AFFA Apellyasiya Arbitraj Tribunalının qəbul etdiyi qərarlar açıqlanıb.
90plus.az xəbər verir ki, "Sabah" klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı Oyunçuların Statusu və Transferi Komitəsinin qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Qərarda qeyd olunub ki, “Sabah” Futbol Klubu tərəfindən təqdim edilən apellyasiya şikayəti qəbul edilməsin və Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi üzrə 3 dekabr 2025-ci il tarixli 8604 nömrəli qərarı qüvvədə saxlanılsın.
Ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın hazırda "Kəpəz"də çıxış edən Yusif İmanova 10 000 manat ödəməsi barədə qərar vermişdi.
© Copyright 2026, All Rights Reserved