AFFA UEFA-nın tədbirində

Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, konfransda milli assosiasiyanın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.
Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:
Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;
Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
© Copyright 2025, All Rights Reserved