AFCON: Nigeriya Uqandanı udub lider oldu
Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun C qrupu son turunda Nigeriya və Uqanda qarşılaşıb. İlk iki matçını qələbə ilə tamamlayan Nigeriya Uqanda üzərindəki 3-1 hesablı qələbə ilə qrupu 3-də 3 nəticə ilə lider başa vurub.
90plus.az xəbər verir ki, Nigeriyanın qollarını Paul Onuaçu və Rafael Onyedika (2) vurub. İlk qolda assisti Fisayo Dele-Bashiru, digər iki qolda isə Samuel Chukvuezenin köməyi olub. Uqandanın yeganə qolunu Rogers Mato qeyd edib.
Maçda dramatik anlar da yaşanıb: Uqanda qapıçısı Jamal Salim 56-cı dəqiqədə Viktor Osimhenin zərbəsini cərimə meydançası xaricində əllə dayandırdığı üçün qırmızı vərəqə alıb və komandası 10 nəfərlə qalıb.
Bu nəticə ilə Nigerya qrup mərhələsini 9 xalla adlayaraq son 16-ya namağlup yüksəlib. Uqanda isə 1 xalla qrup sonuncusu olub. C qrupunda digər son 16 bileti alan komanda Tunis olub.
© Copyright 2026, All Rights Reserved