Afrika Millətlər Kuboku: 1/8 cütləri hazır
Afrika Millətlər Kuboku-2025: 1/8 final xəritəsi tam formalaşdı.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kuboku-2025-də qrup mərhələsinə yekun vurulub. 3-cü turun son oyun günündən sonra turnirin ən həyəcanlı mərhələsi — 1/8 finalın bütün iştirakçıları və cütlükləri dəqiqləşib.
Qrup oyunlarının nəticələrinə əsasən 1/8 ginala vəsiqə qazanan komandalar bunlardır: Mərakeş, Mali, Misir, CAR (Cənubi Afrika Respublikası), Nigeriya, Tunis, Seneqal, Konqo DR, Əlcəzair, Burkina-Faso, Fil Dişi Sahili, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya.
1/8 final cütlükləri belədir:
• Seneqal — Sudan
• Mali — Tunis
• Mərakeş — Tanzaniya
• CAR — Kamerun
• Misir — Benin
• Nigeriya — Mozambik
• Əlcəzair — Konqo DR
• Fil Dişi Sahili — Burkina-Faso
Qeyd: 1/8 final mərhələsinin qarşılaşmaları 3–5 yanvar tarixlərində keçiriləcək.
Xatırlatma: Afrika Millətlər Kuboku-2025 Mərakeşdə təşkil olunur. Turnirdə 24 milli komanda mübarizə aparır və yarış 18 yanvar tarixinədək davam edəcək.
Hazırkı çempion Fil Dişi Sahili millisidir.
© Copyright 2026, All Rights Reserved