Afrika Millətlər Kuboku: Misir Salahın qolu ilə liderdir
Afrika Millətlər Kubokunun B qrupunda ikinci turun oyunları çərçivəsində Misir və Cənubi Afrika milli komandaları üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Adrar stadionunda keçirilən qarşılaşmada Misir minimal hesablı qələbə qazanıb. Oyunun taleyini 45-ci dəqiqədə Mohamed Salahın penaltidən vurduğu qol həll edib – 1:0. Qarşılaşmanın əlavə vaxtında, 45+2-ci dəqiqədə Misir millisinin futbolçusu Hani ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra Misir xallarının sayını 6-ya çatdıraraq qrupda lider mövqeyini möhkəmləndirib. Cənubi Afrika isə 2 xalla kifayətlənib.
Qrup mərhələsinin son turunda Misir Anqola ilə, Cənubi Afrika isə Zimbabve ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved