"Al Hilal" "Milan"ın oyunçusunu açıqladı

90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının tanınmış klubu "Al Hilal" uzun müddətdir transfer gündəmində olan fransalı sol cinah müdafiəçisi Teo Ernandesin keçidini rəsmi olaraq açıqlayıb.
Klub transferi sosial media vasitəsilə təsdiqləyərək Teo Ernandesi heyətinə qatdığını bəyan edib. Yerli mətbuatda yayılan məlumatlara görə, "Al Hilal" bu transfer üçün "Milan"a 25 milyon avro təzminat ödəyib.
27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqaviləyə imza atıb. O, illik 18.5 milyon avro maaş və əlavə olaraq 1.5 milyon avro bonus gəliri əldə edəcək.
Teo Ernandes futbol karyerasına "Atletiko Madrid"in akademiyasında başlayıb. 2017-ci ilin yayında 24 milyon avroya "Real Madrid"ə transfer olunub, lakin burada istədiyi çıxışı edə bilməyib. 2019-cu ilin yayında isə 22.8 milyon avroya "Milan"a keçmişdi.
© Copyright 2025, All Rights Reserved