“Al Nassr” Fil Foden üçün rekord məbləğ hazırlayır

“Al-Nassr” Fil Foden üçün rekord məbləğ təklif etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Nassr” “Mançester Siti”nin ulduz futbolçusu Fil Fodeni heyətinə qatmaq niyyətindədir. İspaniyanın “Fichajes” nəşrinin məlumatına görə, Ər-Riyad klubu 25 yaşlı yarımmüdafiəçi üçün 130 milyon avro ödəməyə hazırlaşır.
Əgər transfer gerçəkləşərsə, bu, tarixdə bir ingilis futbolçuya görə ödənilmiş ən yüksək məbləğ olacaq. Hazırda bu rekord 2023-cü ildə “Real Madrid”in “Borussiya Dortmund”dan Cud Bellinqemi 103 milyon avroya almasına məxsusdur.
Fil Foden 2024/25 mövsümündə “Mançester Siti”nin aparıcı oyunçularından biri olub və Premyer Liqada parlaq çıxışı ilə diqqət çəkib.
© Copyright 2025, All Rights Reserved