“Al Nassr” İniqo Martinezi alır

“Al Nassr” İniqo Martinezi transfer edir.
90plus.az xəbər verir ki, “Al Nassr” ispaniyalı müdafiəçi İniqo Martinezin transferi üçün razılığa gəlib. Futbolçu “Barselona” ilə müqaviləsini dərhal ləğv edəcək və Səudiyyə Ərəbistanı klubuna azad agent kimi qoşulacaq.
Tərəflər arasında imzalanacaq müqavilə 2026-cı ilin iyununa qədər qüvvədə olacaq. Müqavilədə 2027-ci ilin iyununa qədər uzatma imkanı da yer alır.
Məlumatı tanınmış jurnalist Fabrisio Romano yayıb.
© Copyright 2025, All Rights Reserved