“Al Nassr” Piolini yolladı

“Əl-Nəsr” Stefano Piolinin gedişini təsdiqlədi.
90plus.az xəbər verir ki, Stefano Pioli “Əl-Nəsr” klubundakı baş məşqçi postunu tərk edib. Onun A Seriyası təmsilçisi “Fiorentina”ya qayıdacağı ilə bağlı xəbərlər isə gündəmdədir.
"Milan”ın keçmiş baş məşqçisi ötən ilin sentyabrında Luiz Kastronun əvəzinə komandaya gətirilmişdi. Lakin 2024/25 mövsümündə heç bir titul qazana bilmədi. “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümü 3-cü yerdə tamamladı, həm Kral Kubokunda, həm də AFC Çempionlar Liqasında uğursuzluğa düçar oldu.
İndi Piolinin İtaliyaya qayıdacağı gözlənilir. Məlumatlara görə, “Fiorentina” onu yenidən baş məşqçi postuna gətirməyə hazırdır.
Digər tərəfdən, “Əl-Nəsr” yeni baş məşqçi axtarışındadır. Namizədlər arasında “Portu”nun sabiq çalışdırıcısı Serjiu Konseysau ön plana çıxır. O, eyni zamanda Kriştiano Ronaldonun sabiq komanda yoldaşı olub və Əl-Əvvəl Parkda komandaya rəhbərlik edə biləcək əsas namizədlərdən biri hesab olunur.
© Copyright 2025, All Rights Reserved