Alişa Lehman: "Sevgilim məndən 100 min dəfə çox maaş alır"

Alişa Lehman qadınların futboldakı maaşından şikayət edib.
90plus.az xəbər verir ki, avstriyalı qadın futbolçu bu yaxınlarda yerli mətbuata maraqlı açıqlamalar verib. O, öz maaşı ilə sevgilisi Duqlas Luizin maaşı arasındakı fərqdən şikayətlənib:
"Mən bunu anlaya bilmirəm. Duqlasla mən eyni komandada oynayırıq. Ancaq onun maaşı ilə mənim maaşım arasında 100 minlərlə fərq var. Bu özü də bir cinsi ayrıseçkilikdir".
Qeyd: Hər iki futbolçu da bu mövsüm "Yuventus"a transfer olunub və əvvəllər hər ikisi də "Aston Villa"da oynayırdı.
© Copyright 2025, All Rights Reserved