Alleqri 10 min avro ziyandadır

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Bolonya” ilə (1-0) oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb və 10 min avro məbləğində cərimələnib.
90plus.az xəbər verir ki, Alleqri əlavə olunmuş dəqiqələrdə penalti qərarına etiraz etdiyinə görə meydandan qovulub. İdman hakimi onun davranışını VAR və dördüncü hakimə qarşı hörmətsiz kimi qiymətləndirib.
Bu qərar nəticəsində Alleqri sentyabrın 20-də keçiriləcək A Seriyası matçında – “Milan”ın “Udineze”yə qarşı səfər oyununu buraxacaq. Komandaya texniki zonadan köməkçisi Marko Landuççi rəhbərlik edəcək. Baş məşqçi isə növbəti turda – çempionluq yarışında həlledici sayılan “Napoli” ilə görüşdə geri dönəcək.
Bundan başqa, “Komo” müdafiəçisi Jakobo Ramon da cəzalanıb. O, “Cenoa” ilə görüşdə təhlükəli faule görə birbaşa qırmızı vərəqə alıb və komandasının qarşıdakı oyununu buraxacaq.
© Copyright 2025, All Rights Reserved