Alman futbolçu silah gəzdirdiyinə görə cəzalandırıldı
90plus.az xəbər verir ki, “Borussiya Dortmund” klubunun hücumçusu Karim Adeyemi gözlənilməz səbəbə görə ciddi maliyyə cəzası ilə üzləşib. Almaniyanın Bild qəzetinin məlumatına görə, 23 yaşlı futbolçu üzərində muşta və elektroşok silahı gəzdirdiyi üçün məhkəmə tərəfindən 450 min avro məbləğində cərimələnib.
Xəbərdə bildirilir ki, Adeyemi cəriməni 7 500 avroluq 60 taksit şəklində ödəyəcək. Hadisənin hüquqi prosedurları tamamlanıb və qərar rəsmiləşdirilib.
Qeyd olunur ki, hazırda Almaniya millisinin düşərgəsində olan gənc futbolçuya milli komanda tərəfindən hər hansı əlavə intizam tədbirinin tətbiq edilməsi gözlənilmir.
© Copyright 2026, All Rights Reserved