Almaniya futbolu qarla mübarizə aparır - Daha bir oyun təxirə salındı
Almaniya Bundesliqasının 17-ci turu çərçivəsində keçirilməli olan “Hamburq” – “Bayer” oyunu təxirə düşüb.
90plus.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti, daha dəqiq desək, güclü qar yağmasıdır. Nəticədə Hamburqdakı “Volksparkstadion”da bu gün baş tutması planlaşdırılan qarşılaşma təhlükəsizlik baxımından ləğv olunub. Görüşün yeni tarixinin yaxın günlərdə açıqlanacağı bildirilib.
Xatırlatma: Əvvəlki turda da oxşar səbəblərdən “Sankt-Pauli” – “Leyptsiq” və “Verder” – “Hoffenhaym” matçları təxirə salınmışdı.
Qeyd: “Bayer” 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır. “Hamburq” isə 16 xalla 13-cü mövqedə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved