Almaniya-İngiltərə azarkeşləri arasında qalmaqal baş verib

İngiltərə azarkeşlərinin almaniyalı azarkeşləri ələ salması səbəbindən onlar arasında dava baş verib.
90plus.az xəbər verir ki, İngiltərə millisinin azarkeşləri Almaniya komandasının Avro-2024-də mübarizəni dayandırması səbəbi ilə almaniyalı azarkeşləri ələ salaraq, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, azarkeşlərin bir-birinə plastik qablar atmasına və davaya səbəb olub. Baş verən hadisəyə polislər müdaxilə ediblər.
Qeyd: İspaniya-Almaniya arasında keçirilən matçda İspaniya 2-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Mənbə: Daily Mail
© Copyright 2025, All Rights Reserved