Almaniya Kuboku: “Bayern Münhen” yarımfinalda
“Bayern Münhen” yarımfinalda! Münhen klubu Almaniya Kubokunun 1/4 final mərhələsində “Leypsiq”i məğlub edərək yarımfinala yüksəlib.
90plus.az xəbər verir ki, görüşdə hesab 64-cü dəqiqədə Harri Keynin penalti qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra Luis Dias fərqi iki topa çatdıraraq oyunun taleyini həll edib:
Bayern Münhen 2 - 0 Leypsiq
H. Keyn 64’ (p)
L. Dias 67’
Qollar: https://t.me/doxsanplus/114346
Beləliklə, Münhen təmsilçisi 2019/20 mövsümündən sonra ilk dəfə ölkə kubokunda yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.
Komanda bu mövsüm bütün turnirlərdə iddiasını davam etdirir və “kvadrupol” hədəfi hələ də mümkündür:
Harri Keyn cari mövsümdə bütün turnirlərdə 39 qol vuraraq əla formasını davam etdirir.
Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv mövsümün həlledici mərhələsinə yüksək əhval-ruhiyyə ilə daxil olur.
© Copyright 2026, All Rights Reserved