Almaniya millisi DÇ-a onunla gedə bilər
Dünya çempionatı ərəfəsində Almaniya milli komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.
90plus.az xəbər verir ki, hazırkı baş məşqçi Yulian Naqelsmannla yolların ayrılması ehtimalı müzakirə olunur. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hazırda “Red Bull” şirkətində Qlobal Futbol Rəhbəri vəzifəsində çalışan Yürgen Klopp Almaniya millisinin baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. Almaniya Futbol Federasiyasında bununla bağlı müəyyən müzakirələrin aparıldığı bildirilir.
Yulian Naqelsmann 2023-cü ilin sentyabrında Almaniya milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
© Copyright 2026, All Rights Reserved