Almaniyada Keyni saxlaya bilən tapılmır: İndi 3 qol atdı

"Bayern" "Hoffenhaym" üzərində 4-1-lik qələbə ilə liderliyini qorudu.
90plus.az xəbər verir ki, Bundesliqa 4-cü turunda "Bayern" səfərdə "Hoffenhaym"ın qonağı oldu. PreZero Arena stadionunda keçirilən qarşılaşma 4-1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatdı.
"Bayern"in bütün 4 qolunu 44-cü, 48-ci və 77-ci dəqiqələrdə iki penalti daxil olmaqla İngiltərəli hücumçu Harri Keyn vurdu. Komandanın dördüncü qolunu isə 90+9-cu dəqiqədə Serje Qnabri rəqib qapısına göndərdi. "Hoffenhaym"ın yeganə qolunu isə 82-ci dəqiqədə Vladimir Sufal vurdu.
Hoffenhaym 1-4 Bayern Münhen
H. Kane 44', 48' (P),77' (P)
V. Coufal 82'
S. Gnabry 90+9'
Qollar:
https://t.me/doxsanplus/107940
https://t.me/doxsanplus/107944
https://t.me/doxsanplus/107949
Bu qələbə sayəsində "Bayern" 12 xala yüksələrək Bundesliqada liderliyini davam etdirdi. "Hoffenhaym" isə 6 xal ilə 9-cu pillədə qərarlaşıb.
Harri Keyn isə bu mövsüm Bundesliqada keçirdiyi 4 oyunda 8 qol vuraraq, möhtəşəm bir performans göstərir. 32 yaşlı hücumçu, bu mövsüm ligdə ikinci het-trikini reallaşdırdı. Mövsümün ilk turunda "Leypsiq"ə qarşı da 3 qol vurmuş Keyn, "Augsburq"la oyunda qol vursa da, 2 asist ilə yadda qalmışdı. Sonuncu olaraq isə "Hamburq" qarşısında 2 qol vurmuşdu.
© Copyright 2025, All Rights Reserved