Alonso Arda və Mastantuononu seçib

Cud Bellinqem olmadan Xabi Alonso “Real Madrid”in yarımmüdafiəsini yenidən quracaq. İngiltərəli futbolçu çiyinindən əməliyyat olunub və bərpa müddətinin 10-12 həftə davam edəcəyi gözlənilir.
90plus.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Arda Gülər və Franko Mastantuononu tez-tez start heyətində birlikdə oynatmağı planlaşdırır. AS nəşri belə məlumatvyayıb.
Klubların Dünya Çempionatında sabit oyun sərgiləyən türkiyəli futbolçunun üzərində məşqçilər korpusu ciddi şəkildə dayanmaq niyyətindədir. Alonso isə argentinalı Mastantuononu ikinci mərkəz yarımmüdafiəçisi kimi görür. Lakin futbolçu komandaya yalnız avqustun 14-də – 18 yaşı tamam olduğu gün qoşula biləcək. Onun “Real”a uyğunlaşmasının sürətli olacağı gözlənilir.
La Liqanın ilk oyunlarında Eduardo Kamavinqanın əsas heyətdə olacağı ehtimal olunur. Plan ondan ibarətdir ki, Arda Gülər hücuma daha yaxın mövqedə oynasın, mərkəz yarımmüdafiə rolu isə Kamavinqaya həvalə edilsin.
Xəbərlərdə həmçinin qeyd olunur ki, xüsusilə Rodriqo və Brahim Diasın start heyətində oynamaq şansları çox azdır.
© Copyright 2025, All Rights Reserved